Ceyhun Bayramov Şuşadan bəyanat verəcək 

14:58 09.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında keçiriləcək.
 

Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
 

Qeyd edilib ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.
 

C.Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanatla çıxış etməsi nəzərdə tutulur.

Siyasət rubrikasından digər xəbərlər